“Mən Azərbaycanda ziyalı tanımıram” – Tanınmış yazıçı TƏNQİD ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
“Mən Azərbaycanda ziyalı tanımıram! Ziyalı Üzeyir Hacıbəyova, Cəlil Məmmədquluzədəyə, Mirzə Ələkbər Sabirə, Həsən bəy Zərdabiyə deyirdilər! Mənə bir ziyalı göstərin ki, xalqımız onun arxasınca gedə bilər? Hərə cibinə bir diplom qoyub deyir “mən ziyalıyam”! Utanmırlar da!”.
Metbuat.az “Yenisabah.az”a istinadən bildirir ki, bu sözləri yazıçı-publisist Xeyrəddin Qoca deyib. O, telekanalları da tənqid edib:
“Mən 40 ildən çoxdur ki, Azərbaycan televiziyalarında çıxışlar edirdim. Son zamanlar televiziyalarımız xalqın gözündən düşdüyü üçün (səbəbləri hamıya məlumdur…) mən televiziyalara demək olar, getmirəm. Zəng edirlər ki, “siz ziyalısınız, gəlin, çıxışlarınız maraqlı olur”, deyirəm ki, “elə mənə “ziyalı” dediyiniz üçün gəlməyəcəyəm!” Onlara anlatmağa çalışıram ki, hamıya “ziyalı” deməsinlər!”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mən #Azərbaycanda #ziyalı #tanımıram #Tanınmış #yazıçı #TƏNQİD #ETDİ
Haqlıdır,Azərbaycanda ziyalı yoxdur.Zialı olmaq diplomlu olmaq demək deyildir.