fbpx

Mənim ehtiyacımı oradakıların heç biri ödəyə bilməz

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“3000 manatlıq emossional ehtiyac” açıqlaması ilə tanınan psixoloq Əfsanə Rüstəmova qalmaqallı deyimi barədə danışıb.

BEY.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan “Elcanlı” proqramına canlı bağlantı zamanı o, aparıcının “3000 manatı ödəyə bilməyən kişilər yığışıb burada sizə etiraz edirik, o məbləği bir az aşağı etmək olarmı?” sualını cavablayıb:

“Hər kəs özünə görə, məbləğ müəyyən etməlidir. Öz məbləğinizə dair özünüz qərar verməkdə, əlbəttə, azadsınız. Mən ailəliyəm və 1 övladım var”.

Studiyada əyləşənlərin “Sizin bütün ehtiyaclarınız ödənirmi?” sualı isə psixoloqu özündən çıxarıb:

“Mənim ehtiyaclarımı orada əyləşənlərin heç biri ödəyə bilməz. Ona görə bu sualın etik olduğunu düşünmürəm. Bəlkə sizin ödənəcək hər hansı ehtiyacınız var. Bu mövzuda kifayət qədər peşəkaram, uzun illərdir bu sahədə psixoloq kimi fəaliyyət göstərirəm. Bəlkə də sizə hər hansı köməyim dəyə bilər. Məsələ 3000, yaxud 700 manat deyil. Hər kəs öz həddini müəyyən etməlidir. Kimsə 30 qəpiklik peraşki istəyə bilər, kimsə 1 manatlıq bloknot, maşın, ev, yaxud telefon”.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Mənim #ehtiyacımı #oradakıların #heç #biri #ödəyə #bilməz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu