Mənşəyi bəlli olmayan xammal spirtdən istifadə halları var
Araq məhsullarının keyfiyyətində problemlər var. Bunların əsas səbəblərindən bir də əsas xammal olan spirtin keyfiyyəti ilə bağlıdır.
BEY.AZ xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
“Bu gün mənşəyi bəlli olmayan xammal spirtdən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi lazımdır. Bununla bağlı bizdə faktlar var”,- deyə o bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.