fbpx

​Mərkəzi Bank dollar satışını dayandırıb?



Mərkəzi Bank tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayılan xəbərlər reallığı əks etdirmir.

BEY.AZ xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev deyib.

O bildirib ki, valyuta bazarında çətinliyin və sözügedən məhdudiyyətlərin olması müşahidə edilmir:

“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə 61 hərrac keçirilib. Rəqəmlərə nəzər yetirdikdə, valyutaya tələbatın tam ödənildiyini görürük. Ümumilikdə, hərraclarda 4 milyard 714 milyon ABŞ dolları satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon ABŞ dolları təşkil edib”.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin