Mərkəzi Bankdan manatla bağlı açıqlama
Ötən ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,57 bənd təşkil edib.
BEY.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin noyabrın 1-i ilə müqayisədə 0,02 bənd az, ilin əvvəlinə nisbətən 0,09 bənd, illik müqayisədə isə 0,05 bənd çoxdur.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |