fbpx

Məşhur meyxanaçının son durumu: “Elə bir xəstəlikdir ki…”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Meyxanaçı Ağakərim (Kərim Novruzov) uzun müddətdir yataq xəstəsidir.

BEY.AZ xəbər verir ki, ifaçının oğlu Kamil Kərimoğlu Axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, müalicə evdə davam edir:

“Vəziyyəti stabildir. Heç bir irəliləyiş yoxdur. Həkimlər gəlib evdə müayinə edir, lazım olan dərmanı yazırlar. Nə yaxşıdır, nə də pis. Elə bir xəstəlikdir ki, əvvəlində sağalma ehtimalı bir az var idisə, indi heç ümid yoxdur.

Özünə qapanıb, sual verəndə cavablandırır. Az danışır. Deyirik, necəsən? Cavab verir ki, yaxşıyam, acam, ya da nəsə istəyir. Ailəmizdə hamını tanıyır, amma kimsə ziyarətə gələndə tanımır. İzah edirik ki, filankəsdi, onda yadına düşür”.Kərim meyxanaçıların tez-tez zəng vurub atasının durumu ilə maraqlandığını da bildirib.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Məşhur #meyxanaçının #son #durumu #Elə #bir #xəstəlikdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu