Məşhur model təhdid olunur – Özü açıqladı
Dünyaca məşhur fələstinli model Bella Hadid özünün və ailəsinin təhdid olunduğunu açıqlayıb.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, o, nömrəsinin sızıldırıldığını və ailəsinin də təhlükədə olduğunu deyib:
“Hər gün ölüm təhdidləri alıram. Telefon nömrəm sızdırılıb və ailəm təhlükədədir. Daha susmayacağam. Qorxu seçim deyil. Fələstindəki insanlar və uşaqlar, xüsusən də Qəzzada olanlar dözə bilməz. Susmayın. Biz yox, onlar çox cəsarətlidirlər. Fələstinli olmağın nə qədər çətin olduğunu anlamaq çox vacibdir, dünya bizi sülh istəməyən terrorçular kimi görür. Müharibənin qaydaları var və bu qaydalara nə olursa olsun əməl edilməlidir. Harada oluruqsa olsun, liderlərə bu mövzuda təzyiq etməli, Qəzzada təcili ehtiyacları unutmamalı və bu müharibədə günahsız Fələstinli mülki şəxslərin unudulmamasını təmin etməliyik”.
Qeyd edək ki, məşhur model İsrailin baş naziri Netanyahunun yeni “Hitler” adlandırıb. O, karyerasını itirməkdən qorxmadığını bildirib.