fbpx

Məşqçi ilə mübahisə etdi, müqaviləyə xitam verildi



Braziliya millisinin sabiq üzvü Marselo “Fluminense”dən (Braziliya) ayrılıb.

BEY.AZ xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, 37 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Futbolçu 2023-cü ildən “Fluminense”nin formasını geyinirdi.

Marselo ötən gün Braziliya A Seriyasının XXXII turunda “Qremio” ilə keçirilmiş matçda oyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında söz münaqişəsi yaranıb. Mütəxəssis daha sonra fikrini dəyişərək əsəbi halda 37 yaşlı müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib.

Qeyd edək ki, Marselo karyerasının ən parlaq dönəmini İspaniyanın “Real Madrid” komandasında keçirib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin