fbpx

Məclisdə Nəcməddin Sadıqovla bağlı məsələ qaldırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Tez-tez bir ifadə işlənilir ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması, qorunması prosesi baş verir. O gedən də yüzlərlə insanı gedər-gəlməzə göndərib”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafa xatırladıb ki, bu günlərdə Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov müsahibə verib: “O, Azərbaycan Ordusunda kifayət qədər başqa ölkələrin, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının agenturasının mövcud olduğunu bildirib. Hətta birbaşa keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu suçladı. Əməliyyat planlarının satılması, müxtəlif əməliyyat proseslərinin pozulması istiqamətində açıqlama verdi. Hüquq-mühafizə orqanları açıq-aşkar Nəcməddin Sadıkovu mühakimə etməlidirlər. Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək. Bu proseslərə məsuliyyətli yanaşmalıyıq”.

Rüya tabirlerini burdan oku

Deputat qeyd edib ki, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgidə xatırladıldı ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib: “Bəlkə də aprel döyüşlərində də bəzi planlardan xəbəri olsaydı, o bunu geri çevirərdi, bu qədər əsgər və zabitimiz günahsız həyatını itirməzdi”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məclisdə #Nəcməddin #Sadıqovla #bağlı #məsələ #qaldırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu