fbpx

Mədəniyyət naziri 16 il öncə rəhmətə gedən bəstəkara salam göndərib?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial mediada Mədəniyyət naziri Anar Kərimovun xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz olması ilə bağlı yayılan məlumatlara mərhum bəstəkarın ailə üzvləri münasibət bildiriblər.

Metbuat.az xəbər verir ki, Adıgözəlovlar ailəsinin yaxın dostu, tanınmış vəkil Aslan İsmayılov AzToday.az-a açıqlamasında nazir Anar Kərimovla Yalçın Adıgözəlov arasında belə bir söhbətin olmadığını deyib.

Vəkilin sözlərinə görə, bəstəkarın oğlu Yalçın Adıgözəlov sözugedən məlumatdan sonra onunla əlaqə saxlayıb.

Rüya tabirlerini burdan oku

“Yalçın Adıgözəlov mənə bildirdi ki, belə bir söhbət heç zaman olmayıb. Vasif Adıgözəlov 2006-cı ildə rəhmətə gedib, ona qədər də uzun müddət xəstə yatıb. Bunu hamı bilir. Bildiyim qədər mədəniyyət naziri də qarabağlıdır. Onun Vasif Adıgözəlovu tanımaması mümkün deyil… ”

Aslan İsmayılov qeyd edir ki, kimin kimlə haqq-hesabı varsa, əxlaqları olsun, rəhmətə gedən adamların adlarını hallandırmasınlar…

Qeyd edək ki, sözügedən məlumatda bildirilirdi ki, musiqi tədbirlərinin birində Mədəniyyət naziri Anar Kərimov Yalçın Adıgözəlova yaxınlaşaraq, ondan atasının hal-əhvalını xəbər alıb və 16 il əvvəl rəhmətə gedən Vasif Adıgözəlova salamlarını çatdırmağı xahiş edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu