fbpx

Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 8-də Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, iclasda nazirlikdə vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Aytən Elxan qızı Rəhimlinin, Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin apellyasiya şikayətlərinə baxılıb.

İclas zamanı adları çəkilən namizədlərin müsahibələrlə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin 3 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.

Rüya tabirlerini burdan oku

Aytən Elxan qızı Rəhimlinin şikayəti ilə bağlı qəbul edilən Qərara əsasən 15 iyul 2022-ci il tarixində onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib.

Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən isə həmin namizədlərlə müvafiq olaraq 15 və 20 iyul 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu