Məhərrəmliklə bağlı vətəndaşlardan pul yığan şəxs həbs edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, qeyd edilən əməli törətdiyi üçün polislər tərəfindən saxlanılan 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməlindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat ver bilərlər.
Araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məhərrəmliklə #bağlı #vətəndaşlardan #pul #yığan #şəxs #həbs #edildi