fbpx

Məhkəmə 3 yaşlı Məryəmin qətlinə görə saxlanılan atası barədə qərar verdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda quyuya atılaraq öldürülən üç yaşlı Məryəmin atası Taleh Allayarovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

Metbuat.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və ata barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 3 yaşlı qızı (2018-ci ilin sentyabrın 6-da dünyaya gəlib – red.) onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O, balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Rüya tabirlerini burdan oku

Hadisə ilə bağlı danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında olub. Verilişdə T. Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə onun qızı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələdiyi görünür.

Bu görüntülərdən sonra polis əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu