fbpx

Məhkəmə Tağıyevin heykəlinə zərər vuranlarla bağlı qərar çıxarıb

BEY MEDIA İnformasiya agenti xəbər verir


Səbail Rayon Məhkəməsi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə bağlı qərar çıxarıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, məhkəmə hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın səbail rayonu ərazisində ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

Daha sonra heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin