fbpx

Məhkəmədən Bəxtiyar Hacıyevlə bağlı YENİ QƏRAR

BEY.AZ informasiya agentliyi xəbər verir


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, B.Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün özü məhkəməyə müraciət edib.

Xətai Rayon Məhkəməsi vəsatəti əsassız sayaraq, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məhkəmədən #Bəxtiyar #Hacıyevlə #bağlı #YENİ #QƏRAR

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin