fbpx

Məhsul qutusunu təpikləyən polis vəzifədən kənarlaşdırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial şəbəkələrdə Yasamal rayonu ərazisində piyadalar üçün nəzərdə tutulmuş səki üzərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslə polis əməkdaşı arasında münaqişəni əks etdirən görüntülər paylaşılıb.

Metbuat.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, polis əməkdaşı qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovdan bu hərəkətlərinə son qoymağı tələb edib.

Polisin qanuni tələbinə riayət etmək əvəzinə V.Əzizov onu münaqişəyə təhrik edərək satdığı məhsulları ilk olaraq özü dağıdıb. Yalnız bundan sonra əsəblərinə hakim ola bilməyən polis əməkdaşı onun satdığı məhsulların qutusunu təpikləyib. Baş vermiş bu insidientlə əlaqədar polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılaraq barəsində xidməti yoxlamalar başlanılıb.

Rüya tabirlerini burdan oku

Qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovun da əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məhsul #qutusunu #təpikləyən #polis #vəzifədən #kənarlaşdırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu