fbpx

Məhşur FHN polkovnikinin məhkəməsi: Özünü təqsirli saymır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Zaur Mirzəyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Rüya tabirlerini burdan oku

Prosesdə zərərçəkmişlər və şahid qismində dəvət olunan şəxslər də iştirak ediblər.

Zərərçəkmiş qadınlardan biri qısa ifadə verib.

Məhkəmənin növbəti iclası 2023-cü ilin yanvar ayında keçiriləcək.

Qeyd edək ki, Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məhşur #FHN #polkovnikinin #məhkəməsi #Özünü #təqsirli #saymır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu