fbpx

Məktəbdə “tok” vuraraq vəfat edən I sinif şagirdinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Cəlilabadda 1-ci sinif şagirdi Hüseyn Zeynalov dərsdən çıxıb evə gedərkən elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Ocaqlı kəndində, 1 saylı məktəbin həyətində baş verib.

Kənd sakinlərinin sözlərinə görə, məktəb rəhbərliyinin müraciətindən sonra dünən məktəbin həyətində istismar müddətini başa vurmuş elektrik dirəklərindən bir neçəsi yenilənib. İddialara görə, yüksək gərginlikli xətlərdəki qüsurlar tam aradan qaldırılmayıb. Nəticədə bədbəxt hadisə baş verib.

Rüya tabirlerini burdan oku

Cəlilabad Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanmış vəziyyətdə olan 10 kilovoltluq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu