fbpx

Məktəbli formaları dəyişir: Sentyabrdan 3 il müddətində…

BEY.AZ informasiya agentliyi xəbər verir



Yeni tədris ilindən məktəbli formaları da yenilənir.

Metbuat.az xəbər verir ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə bildirib ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib.

Etibar Əzimov əlavə edib ki, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq.

Elm və Təhsil Nazirliyindən bildirdilər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq.







Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məktəbli #formaları #dəyişir #Sentyabrdan #müddətində

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin