fbpx

Məktəbli forması ilə bağlı nazirlikdən AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ötən illərdə istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilərdi.

Metbuat.az Trend-ə istinadən bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

“Qərarda qeyd edildiyi kimi, 2023-2024-cü tədris ilindən bütün məktəblərdə yeni geyim formaları tətbiq edilməlidir”, – deyə əlavə edilib.

Xatırladaq ki, ötən il elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb olmadığını bildirib.

“Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki,Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məktəbli #forması #ilə #bağlı #nazirlikdən #AÇIQLAMA

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin