fbpx

Məktəblilərimiz Beynəlxalq Olimpiadada 5 medal qazanıblar

BEY.AZ informasiya agentliyi xəbər verir


İyulun 6-16-da Norveçin paytaxtı Oslo şəhərində 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada 1 gümüş, 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Toğrul Abbasov gümüş, Amin Cəfərzadə bürünc medal, həmin liseyin X sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov bürünc medal, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafat əldə edib.

Ümumilikdə 104 ölkənin iştirak etdiyi bu nüfuzlu olimpiadada Azərbaycan komandası 34-cü yerə layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin