fbpx

“Məni cılız və cahillər tənqid edir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, sizi hər zaman hansısa bir obrazda görmüşük. Nə olub sizə? Niyə belə sadəsiniz? Cavabında söyləyirəm ki, hər yerin geyimi var”.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Evinizin qonağı” verilişində deyib. Qeyri-adi geyimlərindən danışan müğənni bunları əlavə edib:

“Əslində bu, özüməm. Uşaq olanda məktəbə gedəndə də belə geyinirdim. Bunu sinif yoldaşlarım da təsdiqləyə bilərlər. Soltan Hacıbəyli adına Musiqi Texnikomunda təhsil aldığım zaman geyindiyim geyimlər hər zaman digər tələbə yoldaşlarım tərəfindən qəribə qarşılanırdı. Kiçik bir çantam vardı. Əl ilə toxunulmuşdu, səbətə bənzəyirdi. Ondan istifadə edirdim. Kitablarımı içinə yığırdım. Tələbə yoldaşlarım həmin çantaya o qədər qəribə baxırdılar ki… Əvvələr belə şeylərdən heç kim istifadə etmirdi. Anam dörd bacıma və mənə toxumağı, tikməyi, bişirməyi öyrədib”.

Rüya tabirlerini burdan oku

Ünvanına deyilən tənqidlərdən bəhs edən Seyidcahan “Tənqiddən çox məni tərifləyirlər. Allah məni başdan-ayağa tərifləyir. Kimin tənqidindən qorxacağam ki? Cılız, savadsız, cahil insanların? Tənqidlər birdirsə, on tərif var. Məni isə yaşadan o təriflərdir”, – deyə əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məni #cılız #və #cahillər #tənqid #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu