“Mənim də anam, bacım var”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Mançester Yunayted”in braziliyalı ulduzu Antoni ona qarşı qaldırılan ittiham barədə ilk dəfə danışıb.
Metbuat.az bildirir ki, bu barədə məşhur insayder Fabrizio Romano yazıb. Antoni məsələ barədə bunları deyib:
“Mən heç vaxt qadınlara qarşı zorakılığı dəstəkləmirəm. Tamamilə səhvdir, 100 faiz səhvdir. Mənim də anam, bacım var və heç vaxt istəməzdim ki, bu onların başına gəlsin. Bilirəm ki, həqiqət ortaya çıxacaq”.
Qeyd edək ki, Antoninin keçmiş sevgilisi futbolçunun ona şiddət tətbiq etməsi barədə açıqlama verib. Bundan sonra futbolçu millidən uzaqlaşdırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mənim #də #anam #bacım #var