Mənzil alanlar, aldanmayın: Bunlara diqqət edin, yoxsa…
BEY.AZ informasiya agentliyi xəbər verir
Bəzən bir mənzilin bir neçə nəfərə satıldığı ilə bağlı xəbərlər eşidirik. Belə problemlər də, əsasən, tikintisi başa çatmayan binalardan ev alanların başına gəlir. Ona görə də, bu tikililərdən mənzil alarkən diqqətli olmalıyıq. Çünki, inşası tamamlanmamış evlərin sənədi olmadığı və heç bir yerdə qeydiyyata düşmədiyi üçün insanların aldanma təhlükəsi yüksəkdir.
Metbuat.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, vətəndaşlar daha çox qiyməti sərfəli olduğuna görə həmin binalardan ev almağa maraqlıdırlar.
Ekspert bildirir ki, belə mənzillərin bir nəfərdən çox şəxsə satılmasının qarşısını almaq hazırki dövrdə mümkün deyil.
Ekspertin fikrincə,inşası başa çatmayan binalardakı evlərin satışına nəzarət məqsədi ilə vahid internet portalı hazırlanmalıdır. Ramil Osmanlı həmçinin belə tikililərdən mənzil almaq istəyənlərə hüquqşünasların yardımından faydalanmağı tövsiyə edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.