Mərkəzi bank açıqladı – Lirə və rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb.
Metbuat.az xəbər verir ki, 2023-cü il oktyabrın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiya rublu 0,0170 manata kimi, 1 Avro isə 1,7790 manata kimi, Türkiyə lirəsi 0,0618 manata kimi ucuzlaşıb.