fbpx

Mərkəzi Bank pul bazasının 2022-ci ildə azalmasının səbəblərini açıqlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Profisitli dövlət büdcəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5,5 % azalıb.

Bu barədə Metbuat.az Mərkəzi Bankın bəyanatına istinadən xəbər verir.

“İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır”, – məlumatda deyilir.

AMB əlavə edib ki, qiymətləndirmələrə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4 %-ə, xarici valyutada depozitlər üzrə isə 5 %-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,044 % artırıcı təsir göstərir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu