Mərkəzi Banka yeni üzv seçilən Taleh Kazımov KİMDİR?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək.
Metbuat.az Taleh Kazımovun dosyesini təqdim edir.
Taleh Kazımov 11 sentaybar 1983-cü il tarixində Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.
Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
09.2006-cı ildən 01.2007-ci ilədək Taleh Kazımov “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək isə “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin Baş direktoru vəzifəsində çalışıb.
Taleh Kazımovun “PAŞA Bank”da fəaliyyəti 07.2007-ci ildən başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 08.2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
7 dekabr 2011-ci ildən Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.
1 iyul 2015-ci il tarixində Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.
Ailəlidir, iki övladı var.
Mənbə: Vikipedia
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.