fbpx

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında (SHXÇDX) vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

SHXÇDX-dan Metbuat.az-a verilən xəbərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılmış məsələlər müzakirə olunub.

Rüya tabirlerini burdan oku

Bildirilib ki, SHXÇDX tərəfindən Sərəncamın icrası müvəffəqiyyətlə davam etdirilir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi həyata keçirilir.

Komissiyanın iclasında qeyd olunan məsələlərlə yanaşı, Xidmət rəisi tərəfindən prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eləcə də vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron xidmət imkanlarının genişləndirilməsi istiqamətində planlardan bəhs edilib.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində qurumlararası fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mərkəzi #Çağırış #Komissiyasının #iclası #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu