fbpx

Mərkəzi Nəbatat Bağında bir neçə ağac xəstəlikdən quruyub

BEY.AZ informasiya agentliyi xəbər verir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yenidənqurma və abadlıq işləri aparılan Mərkəzi Nəbatat Bağına baxış keçirilib.

Metbuat.az xəbər verir ki, baxış zamanı ərazidə son dövrlərdə ziyanvericilərin sirayət etməsi nəticəsində bir neçə ağacın xəstəlikdən quruduğu müşahidə olunub və qurumuş ağacların bəzilərinin götürüldüyü, bəzilərinin isə qaldığı müəyyən edilib.

Xəstəliyin digər ağaclara keçməməsi üçün Nəbatat Bağının rəhbərliyinə qurumuş ağacların götürülməsi barədə müvafiq tapşırıq verilib. Əraziyə baxış keçirilən zaman bioloji inkişafda olan bir neçə cavan ağacda “Hisli kif” və “Lentşəkilli sovka” xəstəliyi aşkar edilib. Onların bir hissəsi kəsilib, lakin ərazidən tam həcmdə götürülməyib və utilizasiyası həyata keçirilməyib.

Bütün çatışmazlıqlar rəsmiləşdirilib və bağın rəhbərliyinə tapşırılıb ki, abadlaşdırma prosesində yaşıllıqların qorunması və mühafizəsi təmin edilsin.

Qeyd edək ki, Nəbatat Bağında yenidənqurma və abadlıq işləri başa çatdırıldıqdan sonra bağ paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl təbiət nümunəsinə çevriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mərkəzi #Nəbatat #Bağında #bir #neçə #ağac #xəstəlikdən #quruyub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin