Məscidlərdə işləmək istəyənlər üçün müsahibə mərhələsi başlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.
Komitədən Metbuat.az-a verilən xəbərə görə, sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı qadınlardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, imam və imam müavini vakansiyalarını əhatə edəcək müsahibənin ikinci mərhələsinin 11-19 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məscidlərdə #işləmək #istəyənlər #üçün #müsahibə #mərhələsi #başlayıb