Məşhur amerikalı aktyordan Azərbaycana qarşı iftira
Məşhur amerikalı aktyor Mel Gibson Azərbaycan və Türkiyəyə qarşı iftiradolu çıxış edib.
Metbuat.az xəbər verir ki, o, Qarabağdakı lokal xarakterli antiterror tədbirlərini “soyqırım” adlandıraraq əsl gerçəkdən xəbərsiz olduğunu nümayiş etdirib.
Onun bu “çıxışı” sosial şəbəkələrin Türkiyə seqmentində də etirazla qarşılanıb. Aktyorun ünvanına “Deyəsən, Xocalı soyqırımından xəbərsizdir” kimi şərhlər yazılıb.