Məşhur fransalı bloqçu Azərbaycana gəlib
BEY.AZ informasiya agentliyi xəbər verir
Məşhur bloqçu sosial media hesablarından və həmçinin “Netflix” platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.
Bu barədə Metbuat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, avtomobil turu formatında həyata keçiriləcək layihədə Fransanın komediya ustası “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Vesölye Azərbaycanın tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.
Qeyd edək ki, bloqçu, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı reportajları da təqdim edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.