fbpx

Məşhur klinikada insident – İki zabit mühafizəçini döydü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən özəl xəstəxanada insident baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian International Hospital”da qeydə alınıb. Hospitalın mühafizəçisi, 1997-ci il təvəllüdlü Əbülfəz Əliyev mayın 13-də gecə saat 01 radələrində döyülüb.

Belə ki, hospitala gələn Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları – kapitan Arif Əlizadə və baş leytenant Azər Əsgərov xuliqanlıq zəminində mühafizəçini döyərək ona xəsarətlər yetiriblər.

Rüya tabirlerini burdan oku

Hadisə ilə bağlı polisə müraciət edilib. Penitensiar Xidmətin zabitlərinin izahatları alınıb və daha sonra onlar sərbəst buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu