Məşhur müğənni koronavirusdan vəfat edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün səhər Hindistanın məşhur müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, koronavirusa yoluxan müğənni fevralın 1-də yerləşdirildiyi Mumbaidəki klinikada həyatını itirib.
Lata Manqeşkar Bollivudun 1950-1970-ci illəri əhatə edən “qızıl əsri”nin əfsanəvi simvollarından biri sayılır. Onu Hindistanda “Hindistanın bülbülü”, “Musiqinin kriliçası” adlandırıblar.
Müğənninin bir çox məşhur filmlərdə mahnıları səsləndirilib. Bunların sırasında “Avara” (1951), “Cənab 420” (1955), “Bobbi” (1973), “İntiqam və qanun” (1975), “Qanq, sənin suların bulanıqdır” ” (1985) və digərləri var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.