“Məşhurlar həkimə şəklimi göstərib deyirlər ki, “məni Mətanətə oxşadın”
BEY.AZ informasiya agentliyi xəbər verir
Müğənni Mətanət Əsədova özünü ona bənzədən məşhurlar haqda sərt açıqlama verib.
Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, “Şou xəbər”ə danışan ifaçı ad çəkmədən bəzi həmkarlarını ikiüzlü adlandırıb:
“Mən bilirəm ki, sən yaltaqsan. Əgər belə ürəklisənsə bunu mənə efirdə üzbə-üz de! Gedirlər həkim yanına, şəkilimi göstərib deyirlər ki, “məni Mətanətə oxşadın”. Gərək insanın özü gözəl olsun, nə qədər əməliyyat etsəniz də mənə oxşaya bilməyəcəksiniz.”
Xatırladaq ki, son olaraq Əsədova ilə Əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanmışdı. Bəstəkar-müğənni “Günaydın, Azərbaycan” verilişində Mətanət haqqında səsləndirdiyi fikirlər ikili arasında gərginliyin hələ də davam etdiyini təsdiqləyir:
“Mətanət Əsədova kimdir ki? Müğənnidi? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məşhurlar #həkimə #şəklimi #göstərib #deyirlər #məni #Mətanətə #oxşadın