Mətanət Əliverdiyeva “Xəzər TV”dən getdi: Bu aparıcı onu əvəzləyəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər TV”də yayımlanan “Gəzək, bişirək” verilişindən ayrılıb.
Onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.
Metbuat.az xəbər verir ki, bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:
“Bu, prodakşn verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram”.
Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra “Space”də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı sonradan MTV-nin efirində yayımlanan “6/8 axşam şousu” adlı verilişə aparıcılıq edirdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.