fbpx

Mətanət keçmiş gəlini ilə BARIŞDI

BEY.AZ informasiya agentliyi xəbər verir


“Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim. Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi”.

Metbuat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana öz instaqram hesabında yazıb. O, sənətçidən üzr istədiyini və artıq məhkəməyə ehtiyac qalmadığını bildirib:

“Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin”.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin