fbpx

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 4 məsələyə baxıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Mayın 19-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Bu barədə Metbuat.az-a Mətbuat Şurasından bildirilib.

Komissiya sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.

***
İclasda baxılan birinci məsələ konkret cinayət işi üzrə məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin bir qrupunun “Hürriyyət“ Media Qrupu ilə bağlı şikayəti olub. Hər iki tərəfin nümayəndələrinin qatıldıqları iclasda tərəflər arasında anlaşma əldə olunub. Media qrupunun rəhbəri Vüqar Məmmədli bildirib ki, narahatlıq doğurmuş məsələ ilə bağlı qarşı tərəfin mövqeyini yayımlamağa hazırdır.

Rüya tabirlerini burdan oku

***
İclasda müzakirəyə çıxarılan ikinci məsələ “Unibank”ın “Gununsesi.info” saytına və digər saytlara qarşı şikayəti olub. Bildirilib ki, şikayət doğurmuş məqalə adı çəkilən saytda yayımlanıb və digər saytlar da həmin materialı ondan götürüblər. Sayt rəhbərliyinin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına razı olmasına dair mövqeyi əsas götürülərək, şikayətçiyə mövcud xüsusda tövsiyə mətninin ünvanlanması rəyinə gəlinib.

***
Müzakirə edilən növbəti müraciəti ünvanlayan tərəf də “Unibank” olub. Bank “Banker.az” saytında yayımlanmış materialdan şikayət edib. Məlumat verilib ki, narazılıq doğurmuş material bankın özünün açıqladığı rüblük məlumatlar əsasında qələmə alınıb. “Banker.az” rəhbərliyi bununla bağlı sübutları təqdim edib. Şikayətçiyə narazılığı saytla konkret müzakirə etmək tövsiyə edilib. Qarşı tərəf buna razılığını ifadə edib.

***
İclasda, həmçinin, Cəlilabad rayon Xanəgah kənd inzibati ərazi üzrə icra nümayəndəsi Ərəstun Ağayevin “Kanal 13” internet televiziyasına qarşı şikayətinə baxılıb. Müzakirə zamanı bildirilib ki, materialın məğzini kənd sakininin narazılığının yayımlanması təşkil edib. “Kanal 13” internet televiziyasına əsl həqiqətləri müəyyənləşdirmək üçün şikayətə səbəb olmuş məsələyə dair qarşı tərəfin mövqeyini yayımlamaq tövsiyə olunub.

***
İclasda “Manqal” MMC-nin “Gununsesi.info” saytına qarşı şikayəti də araşdırlıb. Komissiya müəyyənləşdirib ki, şikayətin məğzini narazılıq doğurmuş materialda “Manqal” MMC-nin adının “AZ İMPORT” Şirkətlər Qrupunun tərkibinə daxil olan qurum kimi çəkilməsidir. Komissiya “Gununsesi.info”nun bu məsələdə yanlışlığa yol verdiyi, beləliklə “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nı pozduğu rəyinə gəlib.

***
İclasda müzakirəyə çıxarılmış sonuncu məsələ “Qarabağ” Futbol Klubunun “Sport24.az” saytından şikayəti olub. Bununla bağlı MŞ sədrinin tərəflərlə apardığı danışıq razılıq əldə olunması əsas götürülüb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mətbuat #Şurasının #Şikayətlər #üzrə #Komissiyası #məsələyə #baxıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu