Maddələr mübadiləsini sürətləndirməyin ən asan yolu
BEY.AZ informasiya agentliyi xəbər verir
Orqanizmdə mertabolik prosesləri sürətləndirmək üçün mümkün qədər daha çox kalori yanmalıdır.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, metabolizmi sürətləndirən sadə üsullar aşağıdakılardır:
İdman – İdman zalında ağırlıq qaldırarkən əzələ kütləsini formalaşdırırıq. Bu proses maddələr mübadiləsini sürətləndirir, çünki bu an bədənin daha çox enerjiyə ehtiyacı var. Enerji üçün isə əlavə kalori yandırılır.
Daha çox su içmək – Su maddələr mübadiləsində kimyəvi reaksiyaları sürətləndirmək üçün vacibdir. Əgər kifayət qədər su qəbul etmirsinizsə, o zaman metabolik proses az səmərəli olur. Gündəlik 2 litr maye qəbul etməyə çalışın, o cümlədən meyvə və tərəvəz şirələri, qəhvə, çay olmalıdır. Lakin bunlar suyu əvəz etmir.
Daha çox lif – Lifin həzm edilməsi asan deyil, çünki bədən onu emal etmək üçün əlavə kalori yandırır. Bu, maddələr mübadiləsini sürətləndirir, gündəlik 25-30 qram lif almaq vacibdir.
Daha çox protein – Əzələ kütləsi yaratmaq üçün zülallara və amin turşularına ehtiyacımız var, çünki əzələlər parçalandıqda maddələr mübadiləsi yavaşlayır. Zülallar əzələ kütləsini bərpa etməyə və onu qurmağa imkan verir. Qadınlara gündə 70 qram protein yemək tövsiyə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Maddələr #mübadiləsini #sürətləndirməyin #ən #asan #yolu