Maestro Niyazinin anadan olmasının 111-ci ildönümü qeyd ediləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Avqustun 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin anadan olmasının 111-ci ildönümünə həsr olunmuş konsert keçiriləcək.
Mədəniyyət Nazirliyindən Metbuat.az-a bildiriblər ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış edəcəklər.
Proqramda Niyazinin “Rast” simfonik muğamı, “Arzu” romansı, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı və “Konsert” valsı səsləndiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Maestro #Niyazinin #anadan #olmasının #111ci #ildönümü #qeyd #ediləcək