“Mağazadan 30 çörəyi birdən alıram”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Mənim qədər çörək yeyən görsəniz qorxarsınız. Mağazadan 20, 30 çörək birdən alıram. Sevdiyim xüsusi çörəklər var. Bir mağaza var, oradan alıram, yığıram soyuducuya. Yolu uzaqdı deyə, birdəfəyə çox alıram. Lazım olduqcada götürüb istifadə edirəm”.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “ATV səhər” proqramında deyib. Müğənni çox çörək yesə də, formada qaldığını deyib.
Əl qabiliyyətindən bəhs edən Allaverdiyeva “Geyimlərim öz modellərimdir. Bu sahədə çalışsaydım dünyada tanınardım. İllərdir izləyirəm ki, mənim hazırladığım modellər məndən sonra dünyada hazırlanıb. Qeyri-adi nələrsə ərsəyə gətirə bilərdim” sözlərini söyləyib.
İfaçı hazırda gündəmdə olan musiqiləri tənqid edib:
“İnsanların musiqi zövqü dəyişib. Çox az adam qalıb əvvəlki musiqini sevir. Buna səbəb desəm efirdi, amma yutub da var. Sosial şəbəkələr çoxdur, buna görə də alaq otları çıxdı”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.