Magistral qaz kəmərlərində itkilər azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərlərində 14,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 8,6% azdır.
Dövlət Statistika Komitəsindən BEY.AZ-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 16,2 mln. kubmetr təşkil edib.
Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 133,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,2% artım müşahidə olunub. Qaz nəqlinin 50,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 5 582,1 mln. kubmetr qaz ötürülüb (1,28%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur. 2023-cü ildə il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |