Magistratura üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edildi
“Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar qəbul edib.
Dəyişiklikdə deyilir ki, sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) ixtisasına aldıqları ixtisasdan asılı olmayaraq, Dövlət Sərhəd Xidmətində xidmət edən ali təhsilli zabitlər Dövlət Sərhəd Xidmətinin Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.