Magistratura üzrə boş qalan yerlərə əlavə yerləşdirməyə start verilir
BEY.AZ informasiya agentliyi xəbər verir
17 avqust saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.
Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Elektron sistem üzrə qeydiyyat 30 avqust saat 23:59-da yekunlaşacaq.
Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.