Magistraturaya imtahan verənlərin nəzərinə!
BEY.AZ informasiya agentliyi xəbər verir
Magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 24 fevral tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
DİM-dən Metbuat.az-a verilən xəbərə görə, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.