Magistraturaya sənəd qəbulu başa çatdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar üçün fevral ayının 1-dən etibarən davam edən sənəd qəbulu başa çatıb.
Metbuat.az xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.
Son statistikaya görə, ümumilikdə 17 092 bakalavr ərizəsini təsdiqləyib. Onlardan 15 648 nəfəri Azərbaycan bölməsi, 1 444 nəfəri isə rus bölməsi üzrə müraciət edib.
Qeyd edək ki, magistratura səviyyəsi üzrə qəbul imtahanı fevralın 20-də keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.