fbpx

Mahir Əmiraslanov narkotik satıb? – ÖZÜ DANIŞDI/ VİDEO

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


”Mənim adımın narkotik maddələrin saxlanılması,satılmasında hallandırılması yanlış məlumatdır”. Hazırda azadlıqdayam və məşqlərimi davam etdirirəm”.

Metbuat.az xəbər verir ki, bunu ”Xəzər Xəbər”ə açıqlamasında sərbəst güləş üzrə gənclər arasında dünya birincisi və digər beynəlxalq turnirlərin mükafatçısı olan Mahir Əmiraslanov deyib. Əməkdaşımız Ömər Xıdırova müsahibəsində Mahir Əmiraslanov iddia edib ki, polis tərəfindən yayılan videogörüntüdə onun fotosu səhvən qeyd olunub. Məsələyə Daxil İşlər Nazirliyindən də münasibət bildirilib.

Bir neçə gündür ki,adı narkotik qalmaqalında hallanan Azərbaycanın məşhur güləşçisi baş vermiş hadisələrlə bağlı ”Xəzər Xəbər”ə ekskluziv açıqlama verib.

Rüya tabirlerini burdan oku

Sərbəst güləş üzrə gənclər arasında dünya birincisi, Avropa oyunlarının və İslam oyunlarının qalibi və bir çox beynəlxalq turnirlərin mükafatçısı olan Mahir Əmiraslanov iddia edir ki,onun fotosu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan saxlanan şəxslərin arasında səhvən yayılıb.

Mahir Əmiraslanov deyir ki,Daxili İşlər Nazirliyinin yaydığı videoda göstərilən fotosu, bir il əvvəl çəkilib…Mahir iddia edir ki,həmin vaxt,o narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu üçün yox,başqa səbəbdən polis tərəfindən saxlanılıb.

Hazırda Mahir Əmiraslanov ”Zenit” İdman Cəmiyyətində əməkdar məşqçi Cavid Qurbanovun rəhbərliyi altında məşqələrini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov da məsələyə münasibət bildirib.

Qeyd edək ki,Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərin fotosu yayılıb. Onların içərisində Mahir Əmiraslanovun da fotosu olub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu