fbpx

Mahir “Dinamo Zaqreb” ilə bağlı qərarını verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan millisinin hücumçusu Mahir Emreli yay transfer pəncərəsi dövründə Zaqreb “Dinamo”sundan ayrılmayacaq.

Metbuat.az “Qol.az”a istinadən bildirir ki, 26 yaşlı hücumçu Xorvatiya təmsilçisində qalacaq. M.Emreliyə bəzi Avropa ölkələrinin klublarından dəvət olsa da, o, ən azı qışa qədər karyerasını “Dinamo”da davam etdirəcək. Onun adı sentyabrın 4-ü Konfrans Liqası üçün UEFA-ya sifariş olunacaq.

Qeyd edək ki, Emrelinin yay transfer pəncərəsi dönəmində “Dinamo”nu tərk edə biləcəyinə dair gözləntilər vardı. Mahirlə “Lokomotiv”in (Moskva, Rusiya) də yaxından maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevral ayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. O, paytaxt klubunda 19 oyunda 6 qol vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mahir #Dinamo #Zaqreb #ilə #bağlı #qərarını #verdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin