fbpx

Mahir Emreli ardıcıl 2-ci qolunu vurdu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, 25 yaşlı hücumçu 1-ci Liqanın XXXI turunda “İstra” ilə ev matçının iştirakçısı olub.

Meydana start heyətində çıxan forvard 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. O, 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib.

Rüya tabirlerini burdan oku

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub. Beləliklə, “Dinamo” bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan “İstra” isə 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli XXX turda “Riyeka”ya qarşı çempionat matçında da fərqlənib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu