“Mahir Emreli “Başakşehir”lə razılığa gəlib”
BEY MEDIA İnformasiya agenti xəbər verir
Azərbaycan millisinin və Polşanın “Legiya” klubunun hücumçusu Mahir Emreli Türkiyənin “Başakşehir” klubu ilə razılığa gəlib.
Metbuat.az-ın məlumatına görə, bu barədə türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu tviter hesabında yazıb.
“Başakşehir” “Legiya” forması geyinən Mahir Emreli ilə razılığa gəlib. “Başakşehir” hüquqi baxımdan heç bir problem olmadan “Legiya” ilə ayrılacağı təqdirdə Mahirlə rəsmi müqavilə imzalayacaq”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.